
“Çelsi” nigeriyalı hücumçunu istəyir
“Çelsi” “Napoli”nin hücumçusu Viktor Osimheni heyətinə qata bilər.
Komanda.az “The Telegraph”-a isitnadən xəbər verir ki, nigeriyalı forvardın transferi gələn il yayda baş tuta bilər. 24 yaşlı futbolçunun özü də İtaliya klubunda son vaxtlar yaranmış münaqişəyə görə “Çelsi”yə keçməyə istəklidir.
Osimhen 2020-ci ilin payızında 75 milyon avro qarşılığında “Lion”dan “Napoli”yə keçib. Onun İtaliya klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin