Osimhen üçün 70 milyon avro+Lukakunu verməlidirlər

“Çelsi” “Napoli”nin hücumçusu Viktor Osimheni ala bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu çətin ki, nigeriyalı futbolçunu bu il satınalma şərti ilə icarəyə versin. Hazırda “Çelsi”nin 70 milyon avro ödəməli və hücumçusu Romelu Lukakudan imtina etməli olacağı müqavilə müzakirə olunur.

PSJ daha əvvəl Osimhenlə maraqlanırdı, lakin Paris klubu futbolçu üçün 130 milyon avro təzminat ödəmək niyyətində deyil.

Nigeriyalı forvard da karyerasını başqa klubda davam etdirməyə açıqdır.

25 yaşlı hücumçu İtaliya A Seriyasının son mövsümündə 15 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button