“Çelsi” Niderland millisinin üzvünü transfer etmək istəyir

“Çelsi” “Ayaks”ın 19 yaşlı müdafiəçisi Jorrel Hatonun çıxışını yaxından izləyir.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, London təmsilçisi gənc futbolçunu yay transfer dönəmində heyətinə qatmaqda maraqlıdır.

Hato cari mövsümdə bütün turnirlərdə 47 oyunda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Ayaks”la hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

19 yaşlı futbolçu, həmçinin, Niderland millisinin əsas heyətində 6 oyunda çıxış edib və bir məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button