Osimhen qışda klubunu dəyişə bilər

“Çelsi” qış transfer pəncərəsində “Napoli”nin və Nigeriya millisinin hücumçusu Viktor Osimheni transfer etməyi düşünür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı forvard baş məşqçi Rudi Qarsiyanın rəhbərliyi altında işləməyi sevmədiyi üçün London klubuna keçid variantını nəzərdən keçirəcək.

25 yaşlı Osimhen bu mövsüm “Napoli”nin heyətində bütün yarışlarda 10 oyun keçirib, 6 qol vurub və bir məhsuldar ötürmə edib. Onun İtaliya klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button