“Çelsi” dopinq testi müsbət çıxan futbolçu ilə bağlı bəyanat yaydı
“Çelsi” İngiltərə Futbol Federasiyaları Assosiasiyasının dopinq nümunəsində qadağan olunmuş maddə ilə bağlı komandanın yarımmüdafiəçisi Mixail Mudriklə əlaqə saxladığını təsdiqləyib.
Komanda.az xəbər verir ki, bununla bağlı London klubu rəsmi saytı vasitəsi ilə bəyanat yayıb:
“Həm klub, həm də Mudrik İngiltərə Futbol Federasiyaları Assosiasiyasının test proqramını tam dəstəkləyir və Mixail də daxil olmaqla, bütün oyunçularımız müntəzəm olaraq sınaqdan keçirilir. Ukraynalı futbolçumuz heç vaxt bilə-bilə qadağan olunmuş maddələrdən istifadə etmədiyini təsdiqləyib. İndi biz müvafiq orqanlarla birlikdə mənfi nəticəyə nəyin səbəb olduğunu müəyyən etmək üçün işləyəcəyik. “Çelsi” əlavə şərh verməkdən imtina edir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin