“Çelsi” ukraynalı futbolçudan ümidini üzməyib

“Çelsi” ukraynalı yarımmüdafiəçi Mixail Mudrikdən hələ də ümidini üzməyib.

Komanda.az İngiltərə Premyer Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, londonlular 24 yaşlı futbolçunu yeni mövsüm üçün komandanın iştirak ərizəsinə daxil ediblər.

Daha əvvəl Mudrikin dopinq istifadəsinə görə dörd illik diskvalifikasiya riski ilə üzləşdiyi bildirilmişdi. O, 2023-cü ildə Donetsk “Şaxtyor”undan “Çelsi”yə 70 milyon avro qarşılığında transfer olunub.

London təmsilçisi Premyer Liqanın yeni mövsümünə avqustun 17-də, “Stemford Bric” stadionunda “Kristal Pelas”a qarşı ev oyunu ilə start verəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button