“Çelsi” müdafiəçisini itirdi
İngiltərənin “Çelsi” klubu itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, “zadəganlar”ın müdafiəçisi Ris Ceyms zədələnib.
O, Çempionlar Liqasının 4-cü turunun “Milan”la görüşündə xəsarət alıb. Oyunu davam etdirə bilməyən Ceymsi Sesar Aspilikueta əvəzləyib.
Baş məşqçi Qrem Potter futbolçunun zədəsinin ciddi olmayacağına ümid etdiyini deyib:
“Ümid edək ki, ciddi problem olmayacaq. Hər şeyə tibbi müayinədən sonra aydınlıq gələcək”.
“Çelsi” səfərdə “Milan”ı 2:0 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin