
“Çelsi” milli komandanın qapıçısını transfer edib
“Çelsi” Belçika təmsilçisi “Genk”in qapıçısı Mayk Pendersi transfer edib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Belçikanın U-19 millisinin də üzvü olan futbolçu ilə 2032-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qolkiper cari mövsümü Belçika klubunda keçirəcək, gələn yaydan etibarən isə “zadəganlar”a qoşulacaq.
Penders 2023/2024 mövsümündə 25 oyun keçirib və 42 qol buraxıb. O, üç matçda qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin