İngiltərə klubu Menyan üçün 80 milyon avro ödəmək istəməyib

“Çelsi” yay transfer pəncərəsi zamanı “Milan”ın qapıçısı Mayk Menyanın transferi ilə bağlı İtaliya klubu ilə bir neçə dəfə əlaqə saxlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu fransalı futbolçunun 80 milyon avro dəyərində olmasına görə transferdən çəkinib.

Bundan əvvəl mətbuatda Mayk Menyanın “Milan”la müqaviləsini uzatmağa yaxın olduğu barədə məlumatlar yayılıb.

29 yaşlı qolkiper İtaliya klubunun heyətində bütün yarışlarda 116 oyun keçirib və 120 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button