
“Qalatasaray”ın Osimhen arzusu
Viktor Osimhen yayda “Napoli”dən icarə əsasında “Qalatasaray”a keçdi.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, nigeriyalı hücumçu A Seriyası klubunda qalmaq istəməyib, “Çelsi” və Səudiyyə Ərəbistanı klubları ilə danışıqlar isə uğursuz olub.
“Qalatasaray” Osimhenin transferini daimi etmək istəyir, “Çelsi”də öz növbəsində onunla maraqlanır.
Osimhenin qiyməti yüksəkdir. “Cim-bom” onu qışda 81, yayda isə 75 milyon avroya almaq hüququna sahibdir.
25 yaşlı forvard “Qalatasaray”ın heyətində 4 matçda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin