“Çelsi” Sterlinqi verib, onu almaq istəyir
“Çelsi” “Mançester Yunayted”in hücumameyilli oyunçularından biri ilə maraqlanır.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, söhbət cinah hücumçusu Ceydon Sançodan gedir. Londonlular “qırmızı şeytanlar”la futbolçu alqı-satqısı etmək istəyirlər.
“Çelsi” Sançonu almağa və Rahim Sterlinqi Mançesterə göndərməyə ümid edir. Sançonun yüksək maaşı bu keçidə əngəl ola bilər. “Zadəganlar” onunla müqaviləni ancaq maaşının azaldılmasına razılaşacağı təqdirdə imzalayacaq.
24 yaşlı yarımmüdafiəçinin “Mançester Yunayted”lə 2026-cı ilin ortalarına qədər olan müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin