
Leao 3 klubun “radar”ındadır
“Milan”ın hücumçusu Rafael Leao yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı vingerlə “Çelsi” və “Mançester Yunayted”lə yanaşı, “Bayern” də maraqlanır. Hər üç klubun futbolçu ilə bağlı ciddi niyyətinin olduğu bildirilir.
Leao bu mövsüm bütün turnirlərdə 50 matçda meydana çıxıb, 12 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun “Milan”la müqaviləsi 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin