“Çelsi” Səudiyyə Ərəbistanında oynayan futbolçunu istəyir

“Əl-Nəsr”in müdafiəçisi Emerik Laport İngiltərə Premyer Liqasına qayıda bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” ispaniyalı futbolçu ilə maraqlanır. İngiltərə klubunun rəhbərliyi yay transfer pəncərəsində Laportu almağa çalışacaq.

31 yaşlı müdafiəçi Yaxın Şərqə köçməzdən əvvəl “Mançester Siti”də çıxış edib. Onun “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.

“Çelsi” son mövsümdə Premyer Liqanı 4-cü yerdə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button