“Çelsi” Lukaku üçün 25 milyon avroluq təklif alıb

“Çelsi”nin hücumçusu Romelu Lukaku “Napoli”nin maraq dairəsindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi belçikalı futbolçu üçün “Çelsi”yə 25 milyon avro təklif edib. “Napoli” ilə Lukaku arasında keçidlə bağlı ilkin razılıq var. Tərəflər 6,5 milyon avro maaşla 3 illik müqaviləyə razılaşıb. Müqaviləyə əməkdaşlığın bir il müddətinə uzadılması variantı daxil ola bilər.

31 yaşlı hücumçu ötən mövsüm “Roma”da icarə əsasında çıxış edib. O, 47 oyun keçirib, 21 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button