
“Liverpul”un müdafiəçisi “Çelsi”yə keçə bilər
“Liverpul”un müdafiəçisi İbrahima Konate yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Komanda.az “Deadlinedaylive”-ə istinadən xəbər verir ki, fransalı futbolçu ilə “Çelsi” maraqlanır.
26 yaşlı müdafiəçinin bazar dəyəri 60 milyon avro təşkil edir. Onun İngiltərənin son çempionu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədərdir.
Konate son mövsümdə Premyer Liqada 31 matçda iştirak edərək, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin