“Çelsi”nin Tyaqo Silva ilə bağlı planı
İngiltərənin “Çelsi” klubunun futbolçusu Tyaqo Silva daha bir mövsüm London klubunda qala bilər.
Komanda.az xəbər verir ki, klub 36 yaşlı futbolçuyla müqavilənin müddətini uzatmaq niyyətindədir. Klubun Silva ilə yaxın günlərdə danışığa başlayacağı bildirilir. Komandanın yeni baş məşqçisi Tomas Tuxel Silvanın əla lider olduğunu düşünür.
Tərəflər arasında razılıq əldə edilsə, braziliyalı futbolçuyla daha bir illik müqavilə imzalanacaq.
Silva “Çelsi”yə cari mövsümün əvvəlində qoşulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin