“Çelsi” Konteyə görə daha 10 milyon avro ziyana düşdü
İngiltərənin “Çelsi” klubu sabiq baş məşqçisi Antonio Konteyə daha 10 milyon avro təzminat ödəyəcək.
Komanda.az xəbər verir ki, bu barədə məhkəmə qərar çıxarıb.
İtaliyalı mütəxəssisin iddiasına görə, London klubu onunla müqaviləni ləğv etməkdə gecikib və o, uyğunsuz vaxtda işsiz qalıb. 50 yaşlı məşqçi özünə yeni iş tapa bilməməsini də məhz bununla əlaqələndirib. Məhkəməyə üz tutan Konte qarşı tərəfdən 10 milyon avro tələb edib. “Çelsi”nin məhkəmənin bu qərarından narazı olmadığı və şikayət etməyəcəyi bildirilir.
İngiltərə mətbuatının yazdığına görə, “Çelsi”nin rəhbəri Roman Abramoviç Konte ilə müqaviləyə vaxtından öncə xitam verdiyinə görə artıq 102 milyon avro təzminat ödəyib. O, 2016-2018-ci illər aralığında “zadəganlar”ın baş məşqçisi olub.
Konte “Çelsi”nin müqaviləsinə vaxtından öncə xitam verdiyi 8-ci məşqçidi. London klubu daha öncə Klaudio Ranyeri (6 milyon avro), Joze Mourinyo (34 milyon), Avraam Qrant (6 milyon), Luis Felipe Skolari (14 milyon), Karlo Ançelotti (7 milyon), Andre Villaş-Boaş (13 milyon) və Roberto Di Matteo (12 milyon) ilə bağlı oxşar qərarlar verib.
Bizi Facebook-da izləyin