
“Çelsi” klubun strukturu ilə bağlı qərar verib
“Çelsi” rəhbərliyi klubun strukturunda hansısa dəyişiklik etməyi planlaşdırmır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, londonluları hazırkı model və direktorların tərkibi tam qane edir.
Bundan əlavə, rəhbərlik klub strukturuna potensial yeni cəlb olunanlarla danışıqlar aparmır və heç kimi heç bir vəzifə üçün nəzərdən keçirmir.
Premyer Liqanın 27-ci turunda “Sauthempton”la oyun ərəfəsində “Çelsi”nin azarkeşləri klubun hazırkı sahibi Todd Boeliyə qarşı etiraz aksiyası keçiriblər. Aksiyaçılar onu təhqir edərək, ən mühüm uğurları qazandıqları klubun keçmiş sahibi Roman Abramoviçin və sabiq baş məşqçi Joze Mourinyonun adlarını səsləndiriblər.
“Çelsi” son matçda “Sauthempton”a 4:0 hesabı ilə qalib gəlib və hazırda Premyer Liqa cədvəlində 5-ci yerdə qərarlaşıb.
Bizi Facebook-da izləyin