“Çelsi”də yeni müqavilə
“Çelsi” klubu futbolçusu Ruben Loftus-Çikin müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, “zadəganlar” 23 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Çelsi”nin yetirməsi olan Loftus-Çik, 2015-ci ildən əsas komandada çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin