“Çelsi” 8 ildə 2 oyuna çıxan futbolçunu satdı
“Çelsi” klubu futbolçusu Lyuis Beykeri satıb.
Komanda.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Stok Siti” klubuna keçib. Bu barədə “Çelsi”nin mətbuat xidməti məlumat yayıb. Beykerlə 2,5 illik müqavilə imzalanıb.
“Çelsi”nin yetirməsi olan Beyker 2014-cü ildən əsas komandada çıxış edib. Yarımmüdafiəçi “zadəganlar”la 8 ildə cəmi 2 dəfə rəsmi oyuna çıxıb.
Beyker İngiltərədə “MK Dons”, “Şeffild Uenzdey”, “Ridinq”, “Lids”, Almaniyada “Fortuna”, Türkiyədə “Trabzonspor”, Niderlandda “Vitess” kimi klublarda icarədə olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin