“Çelsi”də 4 illik müqavilə
“Çelsi” klubu futbolçusu Billi Gilmorun müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilə qədər olan yeni müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2017-ci ildən “Çelsi”də çıxış edən Gilmor, bu mövsüm Premyer Liqada debüt edib. “Reyncers” klubunun yetirməsi olan yarımmüdafiəçi, 19 yaşadək futbolçulardan ibarət Şotlandiya millisinin də formasını geyinir.
Gilmorun əvvəlki müqaviləsinin müddəti 2021-ci ilə qədər idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin