
“Çelsi” futbolçusunu “Norviç”ə göndərdi
“Çelsi” klubu futbolçusu Billi Gilmoru icarəyə verib.
Komanda.az xəbər verir ki, şotlandiyalı yarımmüdafiəçi “Norviç”ə keçib. Bu barədə “Çelsi”nin mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi 2021/22 mövsümünü icarə əsasında “Norviç”də keçirəcək.
“Norviç” yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin