“Çelsi”də itki – 3-4 həftə olmayacaq

“Çelsi” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “zadəganlar”ın futbolçusu Emerson Palmieri zədələnib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

İngiltərə Premyer Liqasının 6-cı turunun “Liverpul”la matçında (1:2) zədələnən italyan müdafiəçinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Emerson “Çelsi”nin Çempionlar Liqasının 2-ci turunda “Lill”lə qarşılaşacağı səfər oyununda iştirak etməyəcək. “Lill” – “Çelsi” matçı oktyabrın 2-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button