“Çelsi”nin müdafiəçisi sıradan çıxdı

“Çelsi” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “zadəganlar”ın müdafiəçisi Tyaqo Silva zədələnib. Bu barədə komandanın baş məşqçisi Tomas Tuxel İngiltərə mətbuatına açıqlamasında deyib. Silva, Premyer Liqanın 22-ci turu çərçivəsində “Tottenhem”ə qarşı keçirilən səfər matçının (1:0) ilk hissəsində zədələnərək, meydanı tərk edib.

Braziliyalı müdafiəçinin son durumu tibbi müayinədən sonra bilinəcək. Həkimlərin ilkin rəyinə görə, Silva Premyer Liqanın 23-cü turunun “Şeffild Yunayted”lə matçını buraxa bilər.

“Şeffild Yunayted” – “Çelsi” matçı fevralın 7-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button