“Çelsi” klublararası DÇ-də finala yüksəldi
Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan futbol üzrə klublararası dünya çempionatında finalçılar müəyyənləşib.
Komanda.az xəbər verir ki, sonuncu yarımfinal görüşündə İngiltərənin “Çelsi” və Səudiyyə Ərəbistanının “Əl Hilal” komandaları üz-üzə gəlib.
Bu oyunda 1:0 hesablı qələbəyə sevinən Avropa təmsilçisi adını finala yazdırıb. İngiltərə klubunun yeganə qolunu 32-ci dəqiqədə Romelu Lukaku vurub.
“Çelsi” finalda Braziliyanın “Palmeyras” komandası ilə qarşılaşacaq. Həlledici oyun fevralın 12-də keçiriləcək. Həmin gün “Əl Hilal”la “Əl Əhli” (Misir) də 3-cü yer uğrunda üz-üzə gələcək.
Bu gün həm də 5-ci yer uğrunda oyun keçirilib. Bu oyunda yarımfinala vəsiqə qazana bilməyən Meksika “Monterrey”i ilə BƏƏ təmsilçisi “Əl Cəzirə” qarşılaşıb. “Monterrey” 3:1 hesabıyla qalib gələrək, 5-ci yeri tutub.
Bizi Facebook-da izləyin