“Çelsi” Kamerun millisinin üzvü üçün təklif göndərib

“Çelsi” “Napoli”nin yarımmüdafiəçisi Andre-Frank Zambo-Anqissaya ciddi maraq göstərir.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

London təmsilçisi artıq Kamerun millisinin üzvünə sərfəli təklif göndərib. Hazırda 29 yaşlı futbolçu karyerasını harada davam etdirəcəyini düşünür və müqavilə şərtlərini dəyərləndirir.

Anqissa “Napoli”nin əsas oyunçularından biridir. O, İtaliya klubunun heyətində çıxış etdiyi müddətdə iki dəfə A Seriyasının qalibi olub.

Kamerunlu futbolçu ötən mövsüm müxtəlif turnirlərdə 37 oyunda iştirak edib, 6 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button