“Çelsi” İtaliya millisinin üzvünü transfer edə bilər

“Çelsi” bu yay İtaliya millisi ilə Avropa çempionatında çıxış etmiş müdafiəçini transfer edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu “Bolonya” ilə yaxşı mövsüm keçirən Rikkardo Kalafiori ilə maraqlanır.

İtaliyalı müdafiəçinin bu transfer pəncərəsində qiymətinin artma ehtimalı yüksəkdir. Onunla maraqlanan klublar “Bolonya”nın futbolçu ilə ayrılmağa hazır olduğu məbləği açıqlayacağı anı gözləyir.

Daha əvvəl “Çelsi”nin solaxay müdafiəçi axtarışında olduğu bildirilirdi. Kalafiori London klubunun prioritet namizədlərindən biri hesab olunur. “Arsenal” da onun xidmətində maraqlıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button