“Çelsi” İtaliya klubu ilə danışıqlara ara verib
“Çelsi” və “Napoli” hücumçu mübadiləsi ilə bağlı danışıqlara fasilə verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu Romelu Lukaku və 60-70 milyon avro müqabilində hücumçusu Viktor Osimhenin “Çelsi”yə keçməsinə hazırdır.
London klubunun nigeriyalı futbolçu Osimhen üçün böyük pul ayırmağa gücü çatarsa, anlaşma baş tuta bilər.
“Napoli”nin yeni baş məşqçisi Antonio Konte israrla Lukakunu komandasında görmək istəyir. İtaliyalı mütəxəssis “İnter”də olarkən belçikalı forvardla uğurla çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin