“Çelsi” İtaliya klubu ilə hücumçu mübadiləsini müzakirə edir

“Çelsi” tezliklə yeni transfer edə bilər.

Komand.az “The Atletik”-ə istinadən xəbər verir ki, London klubu “Napoli” ilə hücumçu mübadiləsini müzakirə edir. Romelu Lukaku Antonio Kontenin komandasına qoşulmaq üçün Neapola, Viktor Osimhen isə İngiltərəyə getməlidir.

“Çelsi” 25 yaşlı Osimheni almaq şərti ilə icarəyə götürməyə hazırdır. “Napoli” isə 31 yaşlı Lukakunun transferində çox maraqlıdır. Ona görə də, rəhbərlik 2022/23 mövsümündə A Seriyasının bombardiri olmuş nigeriyalı Osimheni icarəyə verməyə hazırdır.

Lukaku İtaliya çempionatının son mövsümündə 13 qol vurduğu “Roma”da icarə əsasında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button