“Çelsi”nin istədiyi futbolçu PSJ-ni seçdi

PSJ “Korintians”ın yarımmüdafiəçisi Qabriel Moskardonu transfer edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya klubunun prezidenti Auqusto Melo yerli mətbuata açıqlamasında bu barədə deyib:

“Təəssüf ki, Qabrielin ağlı başqa yerdədir. Biz ona seçim azadlığı verdik ki, xoşbəxt olsun. PSJ-yə gedir”.

Daha əvvəl “Çelsi” Qabriel üçün “Korintians”a 20 milyon avro təklif edib, lakin qarşı tərəf bundan imtina edib. Braziliyalılar futbolçunun satışından ən azı 25 milyon avro qazanmaq istəyiblər ki, bu məbləğə də PSJ razılaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button