“Çelsi” ingiltərəli futbolçunu icarəyə götürüb
“Çelsi” Premyer Liqanın digər təmsilçisi “Mançester Yunayted”dən Ceydon Sançonu icarəyə götürüb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, hücumçusu transfer pəncərəsinin son günündə London klubuna keçib.
24 yaşlı futbolçu müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə 2024/2025 mövsümünü məcburi satınalma şərti ilə icarə əsasında “Çelsi”də keçirəcək.
24 yaşlı ön xətt oyunçusu 2021-ci ildə 85 milyon avroya “Mançester Yunayted”ə transfer olunub. O, Mançester təmsilçisinin heyətində keçirdiyi 83 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib. İngiltərə millisinin üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında Almaniyanın “Borussiya” (Dortmund) komandasında keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin