“Çelsi”nin futbolçusu üçün əlamətdar oyun

“Çelsi” İngiltərə Premyer Liqasının 9-cu turunda “Nyukasl”ı minimal hesabla məğlub edib.

Komanda.az xəbər verir ki, “zadəganlar”ın futbolçusu Kallum Hadson-Odoi yeni uğura imza atıb. Belə ki, görüşdə yeganə qolun məhsuldar ötürməsini verən Kallum, Premyer Liqada ardıcıl 3 oyundur ki, məhsuldar ötürmə edib. İngilis yarımmüdafiəçi Premyer Liqada bunu bacaran 2-ci ən gənc futbolçu ünvanını qazanıb. O, bu statistikaya 18 yaş 346 günlüyündə nail olub.

Ardıcıl 3 oyunda məhsuldar ötürmə edən ən gənc oyunçu rekordu isə “Liverpul” və “Mançester Yunayted”in sabiq üzvü Maykl Ouenə aiddir. O, ardıcıl 3 məhsuldar ötürmə edəndə 18 yaş 27 günlüyündə idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button