İspan futbolçu “Çelsi”nin tarixinə düşdü
“Çelsi” İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə “Liverpul”u məğlub edib – 1:0.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma “zadəganlar”ın futbolçusu Sesar Aspilikueta üçün əlamətdar olub. Belə ki, “Liverpul”la görüş ispan müdafiəçinin “Çelsi”nin heyətində 411-ci oyunu olub.
Aspilikueta London klubunun tarixində ən çox oyun keçirən 10-cu futbolçu olub. “Çelsi”nin bu göstəricidə rekordçusu isə sabiq futbolçu Ron Herrisdir. Keçmiş müdafiəçi “zadəganlar”la 795 oyuna çıxıb.
2012-ci ildən “Çelsi”də çıxış edən Aspilikueta bu mövsüm 24 matça çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin