“Çelsi” ilə “İnter” razılığa gəlib
“Çelsi”dən icarəyə götürülən “İnter”in hücumçusu Romelu Lukaku ən azı bir mövsüm daha İtaliya klubunda qala bilər.
Komanda.az xəbər verir ki, klublar futbolçunun icarə müddətinin uzadılması ilə bağlı razılığa gəliblər. Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Məlumata görə, “Çelsi”nin yeni sahibləri hücumçu ilə maraqlanmır, ona görə də, “İnter”in tam transferlə razılaşmaq şansı var.
Lukaku avqustun 26-da, “Latsio” ilə matçda budundan zədə almışdı. Həmin vaxtdan bəri belçikalı forvard meydana çıxmayıb.
Lukaku bu mövsüm A Seriyasında 3 oyun keçirib və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin