“Çelsi” ilə İspaniya klubu arasında anlaşılmazlıq
“Çelsi”nin yarımmüdafiəçisi Konor Qallaher klubunda qala bilər.
Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl ingiltərəli futbolçu “Atletiko”ya keçidini tamamlamaq üçün Madridə gəlsə də, indi hər şey sual altındadır.
“Çelsi” daha əvvəl Madrid klubu ilə eyni məbləğə hücumçu Samuel Omorodionu almaq üçün razılaşıb. Tərəflər hər iki futbolçunun alış-satışını 40 milyon avroluq sözləşmə ilə bitirəcəkdi.
İspaniyalı forvardın transferi uğursuz olub, ona görə də, hazırda Qallaherin keçidi də uğursuzluq ərəfəsindədir.
Qallaherin transferinin baş tutması üçün “Çelsi” “Atletiko”nun oyunçusunu almalıdır. Əsas namizəd portuqaliyalı hücumçu Joao Feliks hesab olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin