“Çelsi” hücumçusunu icarəyə verdi

“Çelsi” futbolçusu David Fofananı “Union Berlin”ə icarəyə verib.

Komanda.az xəbər verir ki, bu barədə Berlin klubunun saytı məlumat yayıb.

20 yaşlı hücumçu 2023/2024 mövsümünü icarə əsasında Bundesliqa təmsilçisində keçirəcək.

“Çelsi” qış transfer pəncərəsi zamanı Fofanı 12 milyon avroya alıb. O, London təmsilçisinin əsas komandasında 4 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button