“Çelsi” hücumçusunu əsas rəqibinə vermək istəmir
“Çelsi”nin hücumçusu Kristofer Nkunku çətin ki, “Mançester Yunayted”ə keçsin.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, “Çelsi” rəhbərliyi Nkunkunu əsas rəqiblərindən birinə buraxmaq fikrində deyil. “Zadəganlar”ın baş məşqçisi Enzo Mareska Nkunkunun əsas heyət oyunçusu olmamasına baxmayaraq, son vaxtlar çoxlu transferlərdən sonra komandanın özəyini saxlamaq istəyir.
27 yaşlı fransalı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla 17 matçda iştirak edib, 10 qol vurub və 1 məhsuldar ötürmə edib. Nkunkunun “Çelsi” ilə müqaviləsi 2029-cu ilin iyununa qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin