
“Çelsi” hücumçu axtarır
“Çelsi”nin çalışdırıcısı Maurisio Poçettino hücumçularının son durumu ilə bağlı fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, forvard transfer edəcəklərini gizlətməyib:
“İki hücumçumuz var: Kristofer Nkunku və Armando Broxa. İkisi də zədəlidir. Hücumçu mövqeyi ilə bağlı axtarışlarımız davam edir. Görək, kimi transfer edəcəyik?”
“Zadəganlar” ölkə çempionatının 2-ci turunda “Vest Hem”ə uduzub. Onlar 3-cü turda “Luton”la üz-üzə gələcəklər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin