
“Çelsi”nin hücum xətti üçün 3 namizədi var
“Çelsi” yay transfer dövründə hücum xəttini gücləndirməyi planlaşdırır.
Komanda.az xəbər verir ki, bu barədə “RMC Sport” nəşri məlumat yayıb.
Londonlular üç hücumçunu transfer siyahısına salıblar. İngiltərə təmsilçisinin qısa siyahısında aşağıdakı futbolçular yer alır: Uqo Ekitike (“Ayntraxt”), Benjamin Şeşko (“Leyptsiq”) və Viktor Osimhen (“Napoli”).
“Çelsi” hazırda 66 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Enzo Mareskanın komandası son turda səfərdə “Nottingem Forest”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



