“Çelsi” heç vaxt əsl, ən yaxşı Fernandesi görməyib”
“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes komandadakı çıxışını şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ən yaxşısı olmaq üçün çox çalışdığını söyləyib:
“Mən “Çelsi”də oynamağı sevirəm və bu klub heç vaxt əsl, ən yaxşı Fernandesi görməyib. Dünya çempionatında gördüyünüz versiyaya nail olmaq üçün çox çalışıram. Mən hələ də bu səviyyədə yüz faiz hiss etmirəm, amma əlimdən gələni edirəm. Bu baş verəcək”.
Fernandes “Çelsi”yə keçən ilin yanvarında “Benfika”dan keçib. 23 yaşlı futbolçu o vaxtdan bəri londonluların heyətində 60 oyun keçirib, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin