İngiltərə klubu yayda Osimheni almağa çalışacaq

“Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin hücumçusu Viktor Osimhen İngiltərə Premyer Liqasında oynaya bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Çelsi” hələ də nigeriyalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.

Londonlular yay transfer pəncərəsində 26 yaşlı hücumçunu almaq niyyətindədir. Potensial müqavilə 75 milyon avro dəyərində qiymətləndirilir.

Osimhen Türkiyə Super Liqasında “Qalatasaray”ın heyətində 21 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun icarə müddəti iyunun sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button