“Çelsi” gözünü Almaniya klubunun baş məşqçisinə dikib

“Çelsi”də boş qalan baş məşqçi postuna mütəxəssis axtarışı davam edir.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, hazırda “Bayer”in “sükanı arxasında” olan Xabi Alonso namizədlər arasında yer alır.

Öncədən Frenk Lempardın “zadəganlar”la qısamüddətli sözləşməyə razı olduğu bildirilirdi. Eyni zamanda, klub rəhbərliyi uzunmüddətli layihə ideyasını reallaşdırmaq üçün yeni məşqçi axtarmağa davam edəcək.

London təmsilçisi aprelin 2-də Qrem Potterin istefasını elan edib. 47 yaşlı ingilis mütəxəssis 2022-ci ilin sentyabrından komandaya rəhbərlik edirdi.

“Çelsi” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 39 xalla 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button