
“Çelsi” gələn mövsüm hansı turnirdə oynayacağını seçə biləcək
“Çelsi” Konfrans Liqasında qalib gəlsə və İngiltərə çempionatı vasitəsilə Çempionlar Liqasına vəsiqə qazansa, növbəti mövsümdə harada – Çempionlar Liqasında və ya Avropa Liqasında oynayacağını seçə biləcək.
Komanda.az xəbər verir ki, ESPN bu barədə Avropa turnirlərinin qaydalarına istinadən məlumat yayıb.
Bu qayda Konfrans Liqasında qalib gələn zəif komandalara daha çox şamil edilir. Onlar Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəklərinə inanırlarsa, Konfrans Liqasını qazanaraq, Avropa Liqasının ümumi qrup mərhələsində iştirak etmək üçün qanuni hüquqlarını tələb edə bilərlər.
Konfrans Liqasının mayın 28-də Polşada keçiriləcək finalında “Çelsi” “Betis”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



