
“Çelsi” futbolçusunu icarəyə göndərdi – Rəsmi
İngiltərənin “Çelsi” klubu futbolçusu Andrey Santosu yenidən icarəyə verib.
Komanda.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı yarımmüdafiəçi 2024/2025 mövsümündə Fransanın “Strasburq” komandasının formasını geyinəcək.
Santos 2023/2024 mövsümünün ikinci yarısında da Liqa 1 təmsilçisində çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin