“Çelsi” futbolçusunu 1 illik icarəyə verir
“Çelsi”nin yarımmüdafiəçisi Andrey Santos karyerasını “Nottingem Forest”də davam etdirəcək.
Komanda.az “The Times”-a istinadən xəbər verir ki, tərəflər bir illik icarəyə razılaşıblar. Yaxın vaxtlarda futbolçu tibbi müayinədən keçəcək.
Müqavilədə satınalma bəndi yoxdur, çünki braziliyalı yarımmüdafiəçi “Çelsi”nin gələcəyinin əsas hissəsidir.
Santos bu ilin yanvarında “Vasko da Qama”dan “Çelsi”yə keçib. O, hələ “zadəganlar”ın heyətində heç bir matça çıxmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin