“Çelsi” ingilis futbolçunu satacaq

“Çelsi” yarımmüdafiəçisi Konor Qallaherlə yeni müqavilə imzalamaq fikrindən uzaqdır. 

Komanda.az “Daily Express”-ə istinadən xəbər verir ki, ingilis futbolçu qarşıdakı mövsümlərarası fasilədə satıla bilər, çünki kluba maliyyə feyr-pley qaydalarına əməl etmək üçün pul lazımdır.

24 yaşlı futbolçunun “zadəganlar”la müqaviləsi 2025-ci ilin yayında başa çatır. Qallaher bu mövsüm Premyer Liqada 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button