“Çelsi” hücumçusuyla danışıqları bərpa etdi
“Çelsi” klubu futbolçusu Temmi Abrahamla yeni müqaviləylə bağlı danışıqlarını bərpa edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, London klubu 22 yaşlı hücumçuya müddəti 2025-ci ilin yayına qədər olan yeni sözləşmə təklif edib. “Çelsi” Abrahama illik 8 milyon avro ödəməyə hazırdır.
“Çelsi” qış fasiləsində də Abrahama yeni müqavilə təklif etmiş, ancaq razılaşma əldə olunmadığına görə danışıqlar dayandırılmışdı.
Abrahamın “Çelsi”ylə hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin