“Çelsi” müqaviləsini yenilədi, icarəyə göndərdi
“Çelsi” futbolçusu Mario Paşaliçin müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, “zadəganlar” 22 yaşlı yarımmüdafiəçi ilə müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Son mövsümü icarə əsasında “Atalanta”da keçirən Paşaliç, daha iki illiyə A Seriyası klubuna icarəyə verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin