
“Çelsi” milli üzvünü icarəyə verdi
“Çelsi” klubu futbolçusu İtan Ampadunu icarəyə verib.
Komanda.az xəbər verir ki, 19 yaşlı müdafiəçi 2020/21 mövsümünü “Şeffild Yunayted” klubunda keçirəcək. Bu barədə “zadəganlar”ın mətbuat xidməti məlumat yayıb.
2017-ci ildən “Çelsi”də çıxış edən Ampadu, son mövsümdə Almaniyanın “Leyptsiq” klubunda forma geyinib.
Müdafiəçi Uels milli komandasının da üzvüdür. Ampadu yığmada 13 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin