“Çelsi”dən almanların “radar”ında olan futbolçuya yeni müqavilə təklifi
“Çelsi” futbolçusu Antonio Rüdigerin müqaviləsinin müddətini artırmaq istəyir.
Komanda.az xəbər verir ki, London təmsilçisi 27 yaşlı alman müdafiəçi ilə 3+1 şərtiylə yeni sözləşmə imzalamaq niyyətindədir. Bu barədə “Sky Sports” nəşri məlumat yayıb.
“Çelsi” ilə 2022-ci ilin yayına qədər müqaviləsi olan Rüdigerlə Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund) klubları da yaxından maraqlanır. Bundesliqa təmsilçiləri alman müdafiəçini ölkəsinə qaytarmaq istəyirlər.
Bu mövsüm “Çelsi” ilə Premyer Liqada 12 oyunda iştirak edən Rüdiger, 2 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin